
Auditorlar Palatası 1 mln manata yaxın gəlir əldə edib- HESABAT
Auditorlar Palatasının gəliri 2019-cu ildə 967 965 manat gəlir əldə edib
Bu barədə Palatanın hesabatında məlumat verilir
Bildilir ki,bu göstərici 2018-cı il ilə (696 996,30 manat) müqayisədə, 2019-cu ildə (967 965,0 manat) gəlir əldə edilmişdir ki, bu da 27,99 % artım deməkdir.
Palata üzvlük haqqlarından 895 208 manat, ixtisasartırma və imtahan gəlirləri 31 002 manat, Qrant və ianələr 41 500 manat , müsbət məzənnə fərqindən 255 manat gəlir əldə edib
Qeyd edək ki, Auditorlar Palatası auditor təşkilatları və sərbəst auditorlar tərəfindən ödənilən üzvlük haqqı, müxbir üzvlərdən üzvlük haqqı; - auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən icazə almaq üçün keçirilən imtahanlarda iştirak etmək üçün ödəniş haqqı,kurslar üçün ödəniş haqqından gəlir əldə edir.
Müəllif:Aynur Qəniyeva