
ASAN təxminən 200 min manatlıq proqram təminatı satın alıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) proqram təminatı satın alıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə «IS Technologies» MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 196,894 min manatdır.