Argentinaya məhsul ixracı kəskin artıb

Argentinaya məhsul ixracı kəskin artıb

BİZNES
345

Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Argentina arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 44,2 milyon ABŞ dollarını ötüb.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunur.

Hesabat dövründə Azərbaycandan Argentinaya ixrac 6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 12 dəfəlik artım deməkdir. Eyni zamanda, Argentinadan Azərbaycana idxal 38,2 milyon dollar olub – bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% yüksəlib.

Cari ilin ilk yarısında Argentina ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,18%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Argentinaya məhsul ixracı kəskin artıb — Fins.az — Fins.az