ARDNF “AAA” reytinqli investisiyaların payını 28%-ə yüksəldib

ARDNF “AAA” reytinqli investisiyaların payını 28%-ə yüksəldib

BİZNES
84

Fins.az – 2026-cı il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 34,4%-i “AA” reytinqli aktivlərin payına düşüb.

Bu barədə ARDNF-nin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz bəndi azalıb.

“AAA” və “A” reytinqli alətlərin payı artıb

Hesabat dövründə Fond investisiya portfelində “AAA” reytinqli alətlərin xüsusi çəkisini 21,5%-dən 28%-ə yüksəldib.

Eyni zamanda, “A” reytinqli alətlərin payı 19,1%-dən 25,3%-ə çatıb.

Qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi də 0,4%-dən 0,8%-ə yüksəlib.

Bununla yanaşı, “BBB” reytinqli alətlərin payı 12,6%-dən 11,5%-ə enib.

İnvestisiyaların müddət bölgüsü açıqlanıb

2026-cı il iyulun 1-nə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 14,7%-i 0-1 il müddətinə yerləşdirilib.

Portfelin 30,1%-i 1 ildən 3 ilədək, 26,4%-i 3 ildən 5 ilədək, 28,8%-i isə 5 ildən artıq müddətə yatırılıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni tarixində bu göstəricilər müvafiq olaraq 14,8%, 29,6%, 26,2% və 29,4% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ARDNF “AAA” reytinqli investisiyaların payını 28%-ə yüksəldib — Fins.az