“Anglo Asian Mining” “Gədəbəy” yatağında 1,24 milyon ton filiz hasil edib

“Anglo Asian Mining” “Gədəbəy” yatağında 1,24 milyon ton filiz hasil edib

BİZNES
213

“Anglo Asian Mining” şirkəti Azərbaycandakı “Gədəbəy” yatağında 2025-ci il üzrə filiz hasilatı göstəricilərini açıqlayıb.

Fins.az şirkətə istinadən xəbər verir ki, “Gədəbəy” açıq karxanasında hasilat 682 495 ton, “Qadir” yeraltı mədənində 13 592 ton, yeni “Gilar” yeraltı mədənində isə 544 459 ton təşkil edib.

Beləliklə, il ərzində “Gədəbəy” mədən kompleksində hasil edilmiş filizin ümumi həcmi 1 240 546 tona çatıb.

Qeyd edilib ki, “Gədəbəy” dağ-mədən kompleksi Azərbaycanın qərbində, Kiçik Qafqaz dağlarında yerləşən və təxminən 300 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində fəaliyyət göstərir. Burada şirkətin açıq mədən və emal gücləri, o cümlədən qarışdırmalı yuyulma və flotasiya-zənginləşdirmə qurğuları fəaliyyət göstərir.

Məlumata əsasən, yeni “Gilar” yeraltı mədəni 2025-ci ildə istismara verilib. İlk filiz mart ayında çıxarılıb, hasilata isə may ayında başlanılıb. “Gədəbəy” ərazisində həmçinin “Zəfər” yeraltı mədəni də mövcuddur. Burada giriş ştreklərindən biri inşa edilsə də, növbəti işlər hazırda dayandırılıb.

Şirkət bildirir ki, “Gədəbəy”də qızıl hasilatına 2009-cu ilin sentyabrında başlanılıb. İlkin mərhələdə açıq üsulla işlənmə aparılıb, yeraltı hasilata isə 2015-ci ildə “Qadir” mədəninin istifadəyə verilməsi ilə start verilib. 2020-ci ildə isə əsas karxananın altında yeraltı hasilat genişləndirilib.

Hasilatın başladığı dövrdən 2025-ci il dekabrın 31-dək “Gədəbəy”də təxminən 850 min unsiya qızıl və 26 min ton mis istehsal olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Anglo Asian Mining” “Gədəbəy” yatağında 1,24 milyon ton filiz hasil edib — Fins.az — Fins.az