“Anglo Asian Mining" 2025-ci ildə 26 milyon dollar mənfəət açıqlayıb

“Anglo Asian Mining" 2025-ci ildə 26 milyon dollar mənfəət açıqlayıb

BİZNES
98

Azərbaycanda mis, qızıl və gümüş istehsalı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti iki illik zərər dövründən sonra 2025-ci ildə yenidən mənfəət əldə edib.

Fins.az şirkətə istinadən xəbər verir ki, maliyyə nəticələrinin yaxşılaşması əsasən istehsal həcmlərinin artması və mis və qızıl üzrə əlverişli qiymət konyunkturası ilə bağlı olub.

Məlumata görə, il ərzində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 123 milyon ABŞ dollarına çatıb. Vergidən əvvəl mənfəət isə 26 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, qrup əməliyyat fəaliyyətindən 47 milyon ABŞ dolları həcmində pul axını formalaşdırıb və ilin sonuna xalis pul mövqeyi 2,6 milyon ABŞ dolları olub.

Şirkət bildirir ki, bu göstəricilər il ərzində yüksək səviyyədə pul vəsaitlərinin generasiyasını əks etdirir.

“Anglo Asian Mining” həmçinin qeyd edib ki, 2025-ci il ərzində məhsul satışları üzrə hedcinq həyata keçirilməyib və qızıl və mis üzrə AISC (all-in sustaining cost – tam saxlanma xərcləri) göstəricisi açıqlanmayacaq.

Şirkətin açıqlamasına görə, “Gilar” və “Dəmirli” yataqlarında hasilatın 2025-ci ilin ortalarında başlaması səbəbindən həmin dövr üzrə xərclərin hesablanması tam dəqiq nəticə verməyə bilər. Buna görə də qrup 2026-cı ildən etibarən mis və qızıl üzrə AISC göstəricilərini dərc etməyi planlaşdırır.

Həmçinin vurğulanıb ki, 2025-ci ildə “Gədəbəy” və “Dəmirli” yataqlarından əldə olunan gəlirlər Azərbaycan hökuməti ilə hasilatın pay bölgüsü sazişinə uyğun olaraq 12,75 faiz effektiv royalti dərəcəsi ilə vergiyə cəlb olunub. Gözlənilir ki, bu dərəcə ən azı 2026-cı ilin sonunadək “Dəmirli” üzrə qüvvədə qalacaq, lakin “Gədəbəy” üzrə 2026-cı ilin sonuna doğru təxminən 18 faizə qədər arta bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Anglo Asian Mining" 2025-ci ildə 26 milyon dollar mənfəət açıqlayıb — Fins.az — Fins.az