"Anglo Asian Mining" 1 milyon unsiya qızıl ekvivalenti hasil edib

"Anglo Asian Mining" 1 milyon unsiya qızıl ekvivalenti hasil edib

BİZNES
352

"Anglo Asian Mining" şirkəti 2009-cu ildən fəaliyyət göstərdiyi Gədəbəy yatağında qızıl və gümüş hasilatı ilə məşğul olub. Şirkət 2025-ci ildə genişlənmə strategiyası çərçivəsində Gilar yeraltı mis-qızıl mədənini və Dəmirli mis karxanasını istismara verərək çoxaktivli istehsalçıya çevrilib.

Fins.az şirkətə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayının sonuna olan məlumatlara əsasən, fəaliyyətə başladığı vaxtdan ümumi istehsal həcmi bir milyon unsiya qızıl ekvivalentinə çatıb. Bu göstərici təxminən 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis ehtiva edir.

Vitse-prezident Stiven Vesthed bildirib ki, 2026-cı il şirkət üçün dönüş nöqtəsi ola bilər. Gilar və Dəmirli mədənlərində hasilatın artması nəticəsində mis istehsalının üç dəfə artırılması gözlənilir.

O, həmçinin vurğulayıb ki, son illərdə istehsal imkanlarının xeyli genişlənməsi və çoxaktivli modelə keçid şirkətin inkişafında mühüm mərhələdir:

“İstehsal güclərimizin davamlı inkişafı sayəsində bir milyon unsiyadan artıq qızıl ekvivalenti hasilatı mümkün olub. Bu mühüm nəticə münasibətilə bütün komandamızı təbrik edirəm”.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Anglo Asian Mining" 1 milyon unsiya qızıl ekvivalenti hasil edib — Fins.az — Fins.az