Anar Kərimov: Ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq

Anar Kərimov: Ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq

BİZNES
376

Bakı 23 dekabr Fins.az

Ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq

Fins.az  bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Xüsusilə pandemiya dövründə və biznes sektorun işlərinə töhfə vermək məqsədilə düşünürük ki, ölkənin rəqəmsal məşğulluq xəritəsini yaradaq. Bu da imkan verəcək ki, sistemdə toplanılmış məlumatlar dövlət informasiya sisteminə inteqrasiya olunsun. Ölkənin bütün inzibati ərazi üzrə bölgüsü, əsas məşğulluq, demoqrafiya göstəriciləri, əmək ehtiyat balansı, peşə ixtisasları xəritəsi, ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq”.

Nazir müavini əlavə edib ki, bir istiqamət də proaktiv xidmətlərin göstərilməsi olacaq: “Çünki bir çox hallarda biz görürük ki, daha çox son vaxtlar proaktiv xidmətlər müsbət qarşılanır. Gələcək üçün biznes sektorlarla əsas əməkdaşlıq sahələrimiz bunlar olmalıdır. Sosial iş yerlərində işçilərin əmək haqqının  müəyyən bir müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır. Bu il ərzində təqribən 35 şirkətlə müqavilə bağlamışıq. Düşünürük ki, 2021-ci il ərzində təxminən 400 nəfər işçinin maliyyələşməsinə imkan yarada bilərik. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Anar Kərimov: Ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq — Fins.az — Fins.az