
Amazon Globalstar-ın alınması üzrə danışıqlar aparır
Fins.az - ABŞ-ın texnologiya nəhəngi Amazon Globalstar peyk şirkətinin alınması ilə bağlı danışıqlar aparır. Məlumata görə, proses artıq bir müddətdir davam edir, lakin tərəflər hələ də bəzi mürəkkəb məsələlər üzərində razılığa gəlməyiblər.
Danışıqlardakı əsas çətinliklərdən biri Globalstar-da 20% paya sahib olan Apple ilə razılaşmanın zəruriliyidir. Şirkət aşağı orbitli peyklər vasitəsilə rabitə xidmətləri göstərir və dövlət qurumları, biznes və fərdi istifadəçilərə xidmət edir.
Xəbərin yayılmasından sonra Globalstar-ın səhmləri Nasdaq birjasında əlavə sessiyada 15,3% bahalaşıb. Şirkətin bazar dəyəri isə 8,81 milyard dollar səviyyəsində qiymətləndirilir.