Alıcı malları geri qaytardıqda elektron qaimə-faktura tərtib edilməlidir?

Alıcı malları geri qaytardıqda elektron qaimə-faktura tərtib edilməlidir?

BİZNES
924

Ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olan vergiödəyicisi müəyyən səbəblərə görə aldığı malı satıcıya geri qaytardığı halda sənədləşmə necə aparılmalıdır?

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisi tərəfindən alınmış mallar geri qaytarıldığı halda, alıcı tərəfindən malları təqdim edən qarşı tərəfə malların qaytarılması barədə elektron qaimə faktura təqdim edilir. Malların qaytarılması zamanı tərtib edilən elektron qaimə-fakturada onun zay və ya xarab olması, son istehlak müddətinin bitməsi, yaxud satışa yararlı vəziyyətdə olması barədə qeyd aparılmalıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alıcı malları geri qaytardıqda elektron qaimə-faktura tərtib edilməlidir? — Fins.az — Fins.az