Alibaba Group səhmləri Honq-Konqda 10 faiz dəyər itirib

Alibaba Group səhmləri Honq-Konqda 10 faiz dəyər itirib

BİZNES
350

Çin e-ticarət nəhəngi ABŞ-ın çip ixracı məhdudiyyətləri səbəbindən bulud qrupunun tam bölünməsinə davam etməyəcəyini söylədikdən sonra Alibaba-nın səhmləri cümə günü Honq-Konqda erkən ticarətdə təxminən 10 faiz ucuzlaşıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Alibaba səhmləri keçən ilin noyabr ayının sonundan bəri ən aşağı səviyyəyə düşüb və sonuncu dəfə 73 Honq Konq dolları ətrafında alınıb-satılıb.

Alibaba-nın Honq-Konqda satılan səhmləri ilin əvvəlindən bu yana 13 faiz ucuzlaşaraq Hang Seng İndeksini aşağı salıb. Eyni dövrdə Hang Seng indeksi 11,2 faiz azalıb.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alibaba Group səhmləri Honq-Konqda 10 faiz dəyər itirib — Fins.az — Fins.az