
Aktau–Bakı fider xətti üzrə daşınan konteynerlərin sayı AÇIQLANIB
Qazaxıstanın Aktau və Kurık dəniz limanları vasitəsilə cari ilin 8 ayı ərzində 3,8 milyon tondan çox yük daşınıb. Artım yük nəqliyyat vasitələrinin və konteynerlərin yenidən yüklənmə həcmləri baxımından qeyd olunur.
Fins.az xəbər verir ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin yayımladığı məlumata görə hesabat dövründə yerli ticarət donanması tərəfindən Xəzəryanı ölkələrin limanlari arasında 1,5 milyon ton yük daşınıb. O cümlədən bu dövrdə Aktau–Bakı fider xətti üzrə 9 minə yaxın konteyner daşınıb.
Bundan başqa, daxili yük daşımalarının həcmi təxminən 1,3 milyon ton təşkil edib ki, bunun da 200 min tonu Rusiya istiqamətində daşımaların payına düşüb.