"Akkord"-un sahibləri toplantı keçiriləcək

"Akkord"-un sahibləri toplantı keçiriləcək

BİZNES
630

22 iyun 2020-ci il tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər  - “Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi”, “Cəmiyyətin illik hesabatının təsdiq edilməsi” və “Cari məsələlər”dir.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında keçiriləcəkdir.

Həmçinin 22 iyun 2020-ci il tarixində eyni ünvanda “Akkord AN” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda Cəmiyyətin illik hesabatının təsdiq edilməsinə  və cari məsələlərə baxılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Akkord"-un sahibləri toplantı keçiriləcək — Fins.az — Fins.az