Aİİ ölkələrinin ÜDM-i 2025-ci ildə 1,7% artıb

Aİİ ölkələrinin ÜDM-i 2025-ci ildə 1,7% artıb

BİZNES
335

Fins.az - Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə 1,7% artıb.

Bu barədə Avrasiya İqtisadi Komissiyasının məlumatında bildirilir. Qeyd olunur ki, ittifaqa daxil olan ölkələrin əksəriyyətində iqtisadi artım tempı dünya üzrə orta göstəricini üstələyib.

Açıqlamada vurğulanır ki, üzv dövlətlər tərəfindən həyata keçirilən sistemli tədbirlər, o cümlədən iqtisadi disbalansların vaxtında qarşısının alınması və tənzimlənməsi makroiqtisadi sabitliyi təmin edib. Nəticədə əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika müşahidə olunub.

Qeyd edək ki, Aİİ-yə Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİİ ölkələrinin ÜDM-i 2025-ci ildə 1,7% artıb — Fins.az — Fins.az