AİB Azərbaycan da daxil olmaqla regionda “yaşıl” ticarət layihəsi hazırlayır

AİB Azərbaycan da daxil olmaqla regionda “yaşıl” ticarət layihəsi hazırlayır

BİZNES
371

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin iştirakı ilə 2026–2031-ci illəri əhatə edən ticarətin inkişafı və “yaşıl” inkişaf üzrə yeni regional layihəni nəzərdən keçirir.

Fins.az-ın məlumatına görə, layihə Trend-ə istinadən bildirilib ki, təşəbbüs geniş coğrafiyanı əhatə edir və Azərbaycan, Ermənistan, Əfqanıstan, Banqladeş, Butan, Brüney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan və digər ölkələri əhatə edir.

Layihənin maliyyələşdirilməsi AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına 603 133 ABŞ dolları, əlavə olaraq isə Avstraliya hökuməti tərəfindən 146 867 ABŞ dolları məbləğində vəsait hesabına həyata keçiriləcək.

Təşəbbüs regional xarakter daşıyır və əsasən sənaye və ticarət sektorlarında dayanıqlı və ekoloji yönümlü inkişafın təşviqinə yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB Azərbaycan da daxil olmaqla regionda “yaşıl” ticarət layihəsi hazırlayır — Fins.az — Fins.az