AİB ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq layihə üzrə tender elan edib

AİB ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq layihə üzrə tender elan edib

BİZNES
398

Asiya İnkişaf Bankı “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində satınalma prosedurlarına start verib və layihə üzrə beynəlxalq tender elan edib.

Fins.az xəbər verir ki, layihə 47 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilir və bu vəsait AİB-in 4497-AZE nömrəli krediti çərçivəsində ayrılıb.

Məlumata görə, layihə “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas fəaliyyət proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur. Bu çərçivədə dəmir yolu daşımalarının idarə edilməsi, aktivlərin idarə olunması, investisiyaların planlaşdırılması və idarə edilməsi, yük müştəriləri ilə iş sistemi, eləcə də korporativ funksiyaların rəqəmsallaşdırılması həyata keçiriləcək.

Layihənin icrası nəticəsində məlumatların idarə olunmasının təkmilləşdirilməsi, aktivlərin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, xərclərin azaldılması, dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi və əmək məhsuldarlığının yüksəldilməsi gözlənilir.

Eyni zamanda, layihə çərçivəsində ADY-nin əsas biznes proseslərinin vahid idarəetmə məlumat sistemində tam inteqrasiyası təmin olunacaq və şirkət əməkdaşlarının informasiya texnologiyaları sahəsində bacarıqları artırılacaq.

Bildirilir ki, layihə ölkə üzrə həyata keçiriləcək və əsas məqsədlərdən biri dəmir yolu sektorunun dayanıqlı inkişafını təmin etməkdir.

Qeyd olunub ki, layihə çərçivəsində bütün satınalma prosedurları AİB-in beynəlxalq açıq tender qaydalarına uyğun həyata keçiriləcək və bu proseslər bankın 2017-ci il tarixli satınalma siyasəti əsasında beynəlxalq rəqabətli tender mexanizmi ilə təşkil ediləcək.

Xatırladaq ki, layihə üzrə kredit 10 mart 2025-ci ildə qüvvəyə minib, layihə isə 30 sentyabr 2024-cü ildə təsdiq olunub və hazırda satınalma prosesləri davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq layihə üzrə tender elan edib — Fins.az — Fins.az