Aİ–Azərbaycan–Ukrayna enerji əməkdaşlığı Avropanın yeni enerji arxitekturasını formalaşdırır

Aİ–Azərbaycan–Ukrayna enerji əməkdaşlığı Avropanın yeni enerji arxitekturasını formalaşdırır

BİZNES
559

Avropa İttifaqı, Azərbaycan və Ukrayna arasında enerji sahəsində əməkdaşlıq Avropanın yeni enerji arxitekturasının formalaşmasında mühüm rol oynayır.

Fins.az xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan üçün Ukrayna və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığın inkişafı təbii qazın Avropa bazarına ixracının genişləndirilməsi baxımından yeni perspektivlər açır. Onun sözlərinə görə, əlavə nəqliyyat marşrutlarının inkişafı və regional infrastrukturdan istifadə satış bazarlarının şaxələndirilməsinə, Cənub Qaz Dəhlizinin səmərəliliyinin artırılmasına və Azərbaycan enerji şirkətləri üçün yeni kommersiya imkanlarının yaradılmasına şərait yaradır.

A.Nekrasov vurğulayıb ki, Cənub Qaz Dəhlizinin gələcək inkişafı, TANAPTAP qaz kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi, eləcə də Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya təbii qaz tədarükünün əhəmiyyətli dərəcədə artırılması üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, müzakirələr enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi kontekstində aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ–Azərbaycan–Ukrayna enerji əməkdaşlığı Avropanın yeni enerji arxitekturasını formalaşdırır — Fins.az — Fins.az