
Aİ Rusiyanın “Mangezeya Mayning” şirkətinə sanksiya tətbiq edib
Fins.az - Avropa İttifaqı Rusiyanın qızıl hasilatı ilə məşğul olan “Mangezeya Mayning” şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Məlumata görə, bu, şirkətin ilk dəfə olaraq birbaşa sanksiya siyahısına daxil edilməsidir.
“Мangezeya Mayning” Rusiyanın ən böyük 20 qızıl hasilatçısından biri hesab olunur və onun əsas istehsal aktivləri Zabaykalye bölgəsində yerləşir.
Qərar Aİ-nin rəsmi sənədlərində dərc olunub və sanksiyaların tətbiqi şirkətin beynəlxalq fəaliyyətinə təsir göstərə bilər.