Aİ əhalisi 2100-cü ilədək 11,7% azalacaq

Aİ əhalisi 2100-cü ilədək 11,7% azalacaq

BİZNES
350

Fins.az - Eurostat-ın proqnozuna görə, Avropa İttifaqı ölkələrinin əhalisi 2025–2100-cü illər arasında 53 milyon nəfər azalaraq 11,7% geriləyəcək.

2025-ci ildə 451,8 milyon nəfər olan əhali sayının 2029-cu ildə 453,3 milyon nəfərə qədər artacağı, daha sonra isə tədricən azalaraq əsrin sonuna 398,8 milyon nəfərə düşəcəyi gözlənilir.

Proqnoza əsasən, demoqrafik strukturda da ciddi dəyişikliklər baş verəcək. Uşaq və gənclərin (0–19 yaş) payı 20%-dən 17%-ə, əmək qabiliyyətli əhalinin (20–64 yaş) payı isə 58%-dən 50%-ə enəcək.

Eyni zamanda yaşlı əhalinin payı artacaq: 65–79 yaş qrupu 17%-ə, 80 yaşdan yuxarı olanların payı isə 6%-dən 16%-ə yüksələcək. Bu tendensiya Avropada əhalinin sürətlə yaşlandığını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ əhalisi 2100-cü ilədək 11,7% azalacaq — Fins.az — Fins.az