ADY-də yükdaşımalar iyunda 20% artıb

ADY-də yükdaşımalar iyunda 20% artıb

BİZNES
208

Fins.az – "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.

ADY-nin yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Bildirilib ki, hesabat ayında tranzit daşımalarının həcmi 707 min 41 ton təşkil edib. Bu isə 2025-ci ilin iyun ayı ilə müqayisədə 38% artım deməkdir.

Məlumata əsasən, tranzit yükdaşımalarında Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daşımalar 67% artaraq 448 min 96 ton, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə daşımalar isə 48% artaraq 47 min 240 ton olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ADY-də yükdaşımalar iyunda 20% artıb — Fins.az — Fins.az