
AÇG layihəsinin “Dərinsulu Günəşli” fazası üzrə hasilat göstəriciləri açıqlanıb
“Dərinsulu Günəşli” platforması istismara verildiyi tarixdən indiyədək 91,5 milyon ton neft və 19,6 milyard kubmetr qaz hasil edib.
Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin 3-cü fazası olan “Dərinsulu Günəşli” platformasının istifadəyə verilməsindən 18 il ötür.
Məlumata əsasən, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının 3-cü fazasını təşkil edən platforma 2008-ci il aprelin 22-də istismara verilib.
“Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun 175 metr dərinlikdə yerləşən ərazisində fəaliyyət göstərir. Hasil edilən neft və qaz “Azəri” yatağında yerləşən sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur.
Məlumata görə, layihənin digər hissələrindən fərqli olaraq “Dərinsulu Günəşli”də üç sualtı suvurma quyusu da quraşdırılıb.