
ABŞ-ın xarici ticarət kəsiri mayda 42 faiz artıb
Fins.az - ABŞ-ın xarici ticarət balansının kəsiri may ayında əvvəlki ayla müqayisədə 42,1 faiz artaraq 77,6 milyard dollara çatıb. Bu, 2025-ci ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir.
Yenilənmiş məlumatlara əsasən, aprel ayında xarici ticarət kəsiri 54,6 milyard dollar təşkil edib. Analitiklər may ayında göstəricinin 78,5 milyard dollara qədər yüksələcəyini proqnozlaşdırırdılar.