ABŞ Ticarət Departamenti və USACC strateji tərəfdaşlıq niyyətini açıqlayıb - Bill Quidera

ABŞ Ticarət Departamenti və USACC strateji tərəfdaşlıq niyyətini açıqlayıb - Bill Quidera

BİZNES
299

ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) Cənubi Qafqazda regional ticarəti artırmaq və məhsuldarlığı yüksəltmək məqsədilə strateji tərəfdaşlıq qurmaq niyyətindədir.

Fins.az xəbər verir ki, bunu ABŞ Ticarət Departamentinin köməkçi katibinin müavini Bill Quidera ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında bildirib.

Quidera qeyd edib ki, USACC artıq 30 ildir ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. O, Prezident Donald Trampın avqustun 8-də ev sahibliyi etdiyi sammit və vitse-prezident Vensin səfərinin bu əməkdaşlığın əhəmiyyətini göstərdiyini vurğulayıb.

USACC-in icraçı direktoru Natiq Baxışov isə tərəfdaşlıq üçün təşəkkürünü bildirərək qeyd edib ki, bu əməkdaşlıq ABŞ və Azərbaycan arasında daha güclü münasibətlərin qurulmasına və regional iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.

Bu təşəbbüs Cənubi Qafqazda ticarətin genişləndirilməsi, məhsuldarlığın artırılması və ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Ticarət Departamenti və USACC strateji tərəfdaşlıq niyyətini açıqlayıb - Bill Quidera — Fins.az — Fins.az