
ABŞ strateji ehtiyatlardan gündəlik milyonlarla barel neft buraxacaq
Fins.az - ABŞ hökuməti qlobal enerji bazarında qiymət artımını sabitləşdirmək məqsədilə strateji neft ehtiyatlarından gündəlik 1–1,5 milyon barel neft buraxmağa başlayacaq. Daha sonra bu həcmin 3 milyon barelə qədər artırılması planlaşdırılır.
ABŞ Energetika naziri Kris Rayt bildirib ki, bu addım Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətlərinin kəskin artmasının qarşısını almağa yönəlib. Ümumilikdə bazara 172 milyon barel neft çıxarılması nəzərdə tutulur.
Nazir vurğulayıb ki, bazardakı dalğalanmalardan ən çox təsirlənən region Asiya olub. Bu səbəbdən ABŞ administrasiyası üçün əsas prioritetlərdən biri Asiyadakı neft emalı zavodlarının fasiləsiz təchizatını təmin etməkdir.
Onun sözlərinə görə, məqsəd neft emalı sektorunda mümkün azalmaların qarşısını almaq və qlobal enerji balansını qorumaqdır.