ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb

BİZNES
202

Finss.az - İqtisadiyyat Nazirliyində ABŞ ilə iqtisadi–ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini  Elnur Əliyev ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

Tərəflər USTDA  ilə əməkdaşlıq çərçivəsində reallaşa biləcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) perspektivi və qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb — Fins.az — Fins.az