
ABŞ-də neft ehtiyatları gözlənilmədən azalıb
Fins.az - ABŞ-də kommersiya neft ehtiyatları 10 aprel tarixinə olan həftədə 913 min barrel azalaraq 463,8 milyon barrelə düşüb. Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Eyni dövrdə benzin ehtiyatları 6,33 milyon barrel, distillat ehtiyatları isə 3,12 milyon barrel azalıb. Analitiklər isə əksinə, neft ehtiyatlarında artım gözləyirdilər.
Kuşinq terminalında saxlanılan, Nyu-York birjasında ticarət edilən neft ehtiyatları da 1,73 milyon barrel azalıb.
Bu göstəricilər ABŞ neft bazarında gözləniləndən daha sıx tələbat və ehtiyatların azalması tendensiyasını göstərir.