
ABŞ-də istehsalçı qiymətləri martda 4% artıb – son 3 ilin rekordu
Fins.az - ABŞ-də istehsalçı qiymətləri indeksi (PPI) mart ayında illik ifadədə 4% artıb. Bu göstərici 2023-cü ilin fevralından bəri ən yüksək səviyyə hesab olunur.
Artımın əsas səbəbi kimi enerji daşıyıcılarının kəskin bahalaşması göstərilir.
Məlumata görə, analitiklər daha yüksək – 4,6% artım gözləsələr də, faktiki nəticə bir qədər aşağı olub. Aylıq müqayisədə isə qiymətlər 0,5% artıb.
Fevral ayında PPI illik 3,4%, aylıq isə 0,5% artım göstərmişdi. Martda xüsusilə sənaye mallarının qiymətləri 1,6% yüksəlib, xidmət sektorunda isə dəyişiklik qeydə alınmayıb.