ABŞ iqtisadiyyatı I rübdə 2% artıb, proqnozdan aşağı qalıb

ABŞ iqtisadiyyatı I rübdə 2% artıb, proqnozdan aşağı qalıb

BİZNES
317

Fins.az - ABŞ iqtisadiyyatı 2026-cı ilin birinci rübündə illik hesabla 2 faiz artım göstərib. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Beləliklə, artım tempi əvvəlki rüblə müqayisədə sürətlənib. 2025-ci ilin son rübündə bu göstərici 0,5 faiz təşkil etmişdi.

Bununla belə, nəticə analitiklərin gözləntilərindən aşağı olub. Ekspertlər ilin ilk üç ayında ÜDM-in 2,3 faiz artacağını proqnozlaşdırırdılar.

Hesabata görə, ABŞ iqtisadiyyatının əsas hissəsini təşkil edən istehlak xərcləri 1,6 faiz artıb. Dövlət xərcləri 4,4 faiz yüksəlib, biznesin əsas kapitala investisiyaları isə 8,7 faiz artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ iqtisadiyyatı I rübdə 2% artıb, proqnozdan aşağı qalıb — Fins.az — Fins.az