ABŞ-də inflyasiya son üç ilin maksimumuna yüksəlib

ABŞ-də inflyasiya son üç ilin maksimumuna yüksəlib

BİZNES
271

Fins.az - ABŞdə istehlak qiymətləri indeksi (CPI) aprel ayında illik ifadədə 3,8 faiz artıb.

Beləliklə, inflyasiya mart ayındakı 3,3 faiz göstəricisi ilə müqayisədə sürətlənib. Analitiklər isə qiymət artımının 3,7 faiz olacağını proqnozlaşdırırdılar.

Aprel inflyasiyası 2023-cü ilin may ayından bəri qeydə alınan ən yüksək göstərici olub.

Yaxın Şərqdə davam edən gərginlik fonunda enerji daşıyıcılarının qiyməti 17,9 faiz, benzinin qiyməti isə 28,4 faiz artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də inflyasiya son üç ilin maksimumuna yüksəlib — Fins.az — Fins.az