ABŞ-Azərbaycan əməkdaşlığı TRIPP və sülh təşəbbüsləri ilə genişlənir - Ceffri Kessler

ABŞ-Azərbaycan əməkdaşlığı TRIPP və sülh təşəbbüsləri ilə genişlənir - Ceffri Kessler

BİZNES
263

Azərbaycan ABŞ üçün iqtisadi və strateji əməkdaşlıq baxımından təbii tərəfdaşdır.

Fins.az xəbər verir ki, bu fikirləri ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında səsləndirib.

C.Kessler vurğulayıb ki, iqtisadi əməkdaşlıq ortaq rifahı və milli təhlükəsizliyi gücləndirir, regionda daha güclü əlaqələr isə sülh, sabitlik və dayanıqlığın möhkəmləndirilməsi üçün vacibdir. O qeyd edib ki, Azərbaycan strateji mövqeyə malikdir, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında yol ayrıcında yerləşir və ticaret və strateji əməkdaşlığın genişləndirilməsi üçün təbii tərəfdaş rolunu oynayır.

C.Kessler əlavə edib ki, Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan sülh müqaviləsi regionda sabitliyin və iqtisadi tərəfdaşlığın təməlini yaradıb, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) isə bazarları birləşdirəcək.

O həmçinin ABŞ-ın milli təhlükəsizliyi və enerji üçün vacib sahələrdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları (İKT) və strateji sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini önəmli hesab edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-Azərbaycan əməkdaşlığı TRIPP və sülh təşəbbüsləri ilə genişlənir - Ceffri Kessler — Fins.az — Fins.az