ABŞ aviaşirkətlərinin yanacaq xərcləri martda kəskin artıb

ABŞ aviaşirkətlərinin yanacaq xərcləri martda kəskin artıb

BİZNES
358

Fins.az - ABŞ aviaşirkətlərinin aviasiya yanacağına çəkdiyi xərclər mart ayında əvvəlki ayla müqayisədə 56,4% artıb.

Məlumata görə, mart ayında ümumi yanacaq xərcləri 5,06 milyard dollar təşkil edib. Fevralda bu göstərici 3,23 milyard dollar olmuşdu. İllik müqayisədə isə artım 30% səviyyəsində qeydə alınıb.

Enerji qiymətlərindəki sıçrayışın əsas səbəbi kimi İran ətrafında başlayan müharibə və qlobal enerji bazarındakı gərginlik göstərilir.

Artan xərclər bir çox aviaşirkətin fəaliyyətinə mənfi təsir edib. Bəzi şirkətlər zərərli reysləri ləğv etməyə məcbur olub, iri daşıyıcılar isə illik maliyyə proqnozlarını aşağı salıblar.

Bundan əlavə, Spirit Airlines dövlət dəstəyi ilə bağlı danışıqların uğursuz nəticələnməsindən sonra fəaliyyətini dayandırdığını və bütün reyslərini ləğv etdiyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ aviaşirkətlərinin yanacaq xərcləri martda kəskin artıb — Fins.az — Fins.az