50 illik Sərsəng su anbarı yenidən qurulur

50 illik Sərsəng su anbarı yenidən qurulur

BİZNES
214

Bu il 50 illik yubileyini qeyd edən Sərsəng su anbarında genişmiqyaslı yenidənqurma işlərinə start veriləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur. Yenidənqurma işləri su anbarının etibarlı və səmərəli istismar imkanlarının daha da artırılmasına xidmət edəcək.

İ.Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı infrastrukturunun bərpası istiqamətində artıq bir sıra mühüm layihələr həyata keçirilib. Onun sözlərinə görə, 2022–2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri aparılıb.

Sədr müavini qeyd edib ki, sağ sahil kanalının yenidən qurulması isə ərazilərin minalardan tam təmizlənməsindən sonra həyata keçiriləcək.

Qeyd edək ki, Sərsəng su anbarı regionun su təminatı və meliorasiya sistemi baxımından strateji əhəmiyyətə malik mühüm hidrotexniki qurğulardan biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
50 illik Sərsəng su anbarı yenidən qurulur — Fins.az — Fins.az