38 mln manat pandemiyadan zərər çəkən neçə sahibkara ödənilib ?

38 mln manat pandemiyadan zərər çəkən neçə sahibkara ödənilib ?

BİZNES
584

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə aprel ayının 24-nə olan hesabatı açıqlayıb.

Hesabatda bildirilir ki, indiyədək 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.

Aprelin 24-nə faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.

Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manatdır.

Qeyd edək ki, tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Xatırladaq ki, bu ödəmələr pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
38 mln manat pandemiyadan zərər çəkən neçə sahibkara ödənilib ? — Fins.az — Fins.az