"290 min biznes subyektinə həyata keçirdiyi vergi ödənişlərinin həcmi ekvivalentində yardım göstəriləcək"

"290 min biznes subyektinə həyata keçirdiyi vergi ödənişlərinin həcmi ekvivalentində yardım göstəriləcək"

BİZNES
708

Hökumət koronavirusdan ən çox və ya əhəmiyyətli dərəcədə zərər çəkmiş 4 sahə və ya 20 sektoru müəyyənləşdirib, hazırlanmış 9 proqramdan 2-si bu sektorlarda sahibkarlara dəymiş zərərin ödənilməsinə yönəldiləcək.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
O bildirib ki, həyata keçiriləcək birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min hüquqi şəxsi əhatə edəcək. Bunlar koronavirusdan 100% zərər çəkmiş 11 fəaliyyət istiqamətidir (ictimai iaşə, xidmət, turizm, otellər və s.). Həmin işçilərin əmək haqqının ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsi nəzərdə tutulur. Bu proqramın ikinci hissəsi koronavirusla əlaqədar əhəmiyyətli dərəcədə zərər çəkmiş 9 fəaliyyət istiqamətini əhatə edəcək (dəymiş zərərin həcmi 70% təşkil edir). Bu istiqamətlərdə aylıq əməkhaqqı fondunun 50%-nin dövlət tərəfindən ödənilməsi planlaşdırılır.

İkinci proqram 290 minə yaxın mikrobiznes subyektini əhatə edəcək. Onlara 2019-cu il ərzində həyata keçirdikləri vergi ödənişlərinin həcmi ekvivalentində yardım göstəriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"290 min biznes subyektinə həyata keçirdiyi vergi ödənişlərinin həcmi ekvivalentində yardım göstəriləcək" — Fins.az — Fins.az