2040-cı ilədək Azərbaycanda süni intellektin iqtisadi təsiri 70 milyard manat olacaq

2040-cı ilədək Azərbaycanda süni intellektin iqtisadi təsiri 70 milyard manat olacaq

BİZNES
613

Fins.az - Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda Fariz Cəfərov bildirib ki, 4-cü sənaye inqilabının ən aparıcı drayveri süni intellektdir. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda süni intellektin 2040-cı ilədək 22 trilyon ABŞ dolları təsir göstərəcəyi proqnozlaşdırılır.

Azərbaycan kontekstində aparılan hesablamalara görə, süni intellektin ölkə iqtisadiyyatına 2040-cı ilədək təqribən 70 milyard manata yaxın əlavə dəyər qatacağı gözlənilir. Bu, sənayenin müxtəlif sahələrində süni intellekt texnologiyalarını tətbiq etməklə həm qənaət, həm səmərəliliyin artımı, həm də resursların daha səmərəli istifadəsi deməkdir.

Fariz Cəfərov vurğulayıb ki, süni intellektin tətbiqi iqtisadi artımın sürətləndirilməsi, rəqəmsal transformasiya və innovativ həllərin genişləndirilməsi üçün əsas şərtlərdən biridir. Bu texnologiyalar dövlət və özəl sektor arasında strateji inteqrasiyanı gücləndirir və iqtisadiyyatın şaxələndirilməsi hədəflərinə xidmət edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2040-cı ilədək Azərbaycanda süni intellektin iqtisadi təsiri 70 milyard manat olacaq — Fins.az — Fins.az