2040-cı ilə qədər Azərbaycanda əhali və iqtisadi göstəricilər artacaq - AİB

2040-cı ilə qədər Azərbaycanda əhali və iqtisadi göstəricilər artacaq - AİB

BİZNES
288

Finss.az - Asiya İnkişaf Bankının (AİB) “Asiya Su Ehtiyatlarının İnkişafı Proqnozu (AWDO) 2025” hesabatına əsasən, region ölkələrində 2040-cı ilə qədər əhali, urbanizasiya və iqtisadi istehsal müxtəlif templərdə artacaq.

Azərbaycan üzrə proqnozlar belədir:

  • Əhali 6,7% artacaq
  • Urbanizasiya 17% yüksələcək
  • Sənaye istehsalı 23,8% artacaq
  • Kənd təsərrüfatı 2023-cü ilə nisbətən 154,8% yüksələcək

Hesabatda qonşu ölkələr üçün də proqnozlar təqdim olunub:

  • Gürcüstan: əhali 1,9% azalacaq, urbanizasiya 15,4% artacaq, sənaye istehsalı 103,4%, kənd təsərrüfatı 9,8% azalacaq
  • Qazaxıstan: əhali 16,5%, urbanizasiya 11,2%, sənaye istehsalı 8,3%, kənd təsərrüfatı 1,5% artacaq
  • Özbəkistan: əhali 24,6% artacaq, urbanizasiya 10,7%, sənaye istehsalı 7% azalacaq, kənd təsərrüfatı 1,6% səviyyəsində qalacaq

Hesabat region ölkələrinin iqtisadi və sosial inkişaf tempində fərqlilikləri göstərir və Azərbaycanın urbanizasiya, sənaye və kənd təsərrüfatında əhəmiyyətli artım göstərəcəyi proqnozlaşdırılır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2040-cı ilə qədər Azərbaycanda əhali və iqtisadi göstəricilər artacaq - AİB — Fins.az — Fins.az