2025-ci ilin ilk yarısında sənaye istehsalının həcmi 25,3 milyard manat təşkil edib

2025-ci ilin ilk yarısında sənaye istehsalının həcmi 25,3 milyard manat təşkil edib

BİZNES
643

Cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil edib.

Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun strukturu belə olub: 74,5% mədənçıxarma, 22,0% emal, 2,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,8%, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7%, sənaye xarakterli xidmətlərin payı isə 10,3% təşkil edib.

Anbar ehtiyatlarına gəldikdə, 01 iyul 2025-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 459,2 milyon manatlıq hazır məhsul və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manatlıq digər məhsullar mövcud olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2025-ci ilin ilk yarısında sənaye istehsalının həcmi 25,3 milyard manat təşkil edib — Fins.az — Fins.az