2023-2025-ci illərdə Azərbaycanda kino sahəsinə 10 milyon ABŞ dolları xarici investisiya yönəldilib

2023-2025-ci illərdə Azərbaycanda kino sahəsinə 10 milyon ABŞ dolları xarici investisiya yönəldilib

BİZNES
275

2023-2025-ci illərdə Azərbaycanda film istehsalına xarici istehsalçılardan təxminən 10 milyon ABŞ dolları vəsait cəlb olunub.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət nazirinin müavini Səadət Yusifova açıqlayıb.

Nazir müavini bildirib ki, film istehsalı sahəsində tətbiq olunan 90% güzəşt investisiya riskini minimuma endirib, və proqnozlara görə, yaxın üç il ərzində cəlb olunacaq vəsait 50 milyon ABŞ dollarına çatması mümkündür.

O əlavə edib ki, son üç ildə dövlət dəstəyi ilə 71 film layihəsinə başlanılıb, onlardan 56 layihə, o cümlədən 9 tammetrajlı bədii film istehsal olunaraq təqdim edilib. İstehsalı tamamlanmış filmlərin payı 79% təşkil edir.

Bu dövrdə 34 istehsalçı şirkətə 21 milyon manatdan çox dövlət vəsaiti ayrılıb, həmçinin film istehsalına 9,5 milyon manat həcmində özəl investisiya cəlb edilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2023-2025-ci illərdə Azərbaycanda kino sahəsinə 10 milyon ABŞ dolları xarici investisiya yönəldilib — Fins.az — Fins.az