2020-ci ilin I rübündədə iqtisadi artım 1.1%-ə enib

2020-ci ilin I rübündədə iqtisadi artım 1.1%-ə enib

BİZNES
1,194

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyasının iqtisadi aktivliyə neqativ təsirləri müşahidə edilməkdədir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələrindəki müəssisələrdə iqtisadi aktivlik göstəricilərinin yanvar-fevral aylarındakı müsbət dinamikası mart ayından başlayaraq azalma ilə əvəzlənmiş, ticarətdə aktivliyin daha kəskin enişi qeydə alınmışdır.

Koronavirusun təsirləri nəticəsində 2020-ci ilin ilk 2 ayında iqtisadi artım 2.8% olduğu halda I rübdə 1.1%-ə enmişdir. O cümlədən qeyri-neft sektorunda iqtisadi artım ilk 2 ayda 6.7%, I rübün yekunu üzrə isə 3.5% təşkil etmişdir.

Hökumət tərəfindən reallaşdırılmaqda olan ÜDM-in 4%-ni üstələyən iqtisadi dəstək paketi və sinxronlaşdırılmış makroprudensial tədbirlər tələbin daralmasının səngiməsinə və məşğulluğun – iş yerlərinin qorunmasına imkan verməlidir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2020-ci ilin I rübündədə iqtisadi artım 1.1%-ə enib — Fins.az — Fins.az