15.385 sahibkarın məlumatları Maliyyə Nazirliyə göndərilib

15.385 sahibkarın məlumatları Maliyyə Nazirliyə göndərilib

BİZNES
836

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 20 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 18.260 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 48.659 fərdi (mikro) sahibkar, cəmi 66.919 vergi ödəyicisi müraciət edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumata yayımlayıb 

Bildilir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 151.198 işçini əhatə edən 15.385 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Qeyd edilir ki, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 68.05 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 34,02 mln. manat təşkil edir.

Həmçinin məlumatda "Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13.722 vergi ödəyicisinə 138.422 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 31,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib" -deyə qeyd edilir. 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
15.385 sahibkarın məlumatları Maliyyə Nazirliyə göndərilib — Fins.az — Fins.az