
Yuanın enişi proqnozlaşdırılır
Fins.az xəbər verir ki, Çin yuanı “çətin” prespektivlərə görə ucuzlaşacaq.
Bu haqda Commerzbankdan Xao Cou danışıb və bildirib ki: “İqtisadi çətinliklərə və Mərkəzi Bankın valyutanın gücləndirilməsi istiqamətində işləri zəiflətməsi səbəbi ilə yeni ildə Çin yuanının ucuzlaşmasını müşahidə edəcəyik. Ticarətdə olan gərginlik, əsasən də ABŞ ilə, Çin iqtisadiyyatı üçün “əsas” təhlükə” olaraq qalır”.
Commerzbank dollar/yuanın 2020-ci ilin sonunda 6.93 yuana, 2021-ci ilin sonunda isə 6.7310 yuandan 7.05 yuana yüksələcəyini proqnozlaşdırır.