Yaxın Şərqdə gərginlik neftin qiymətini yüksəldib

Yaxın Şərqdə gərginlik neftin qiymətini yüksəldib

BİRJA
97

Fins.az - Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti yüksəlməkdə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,41 faiz və ya 2,59 ABŞ dolları artaraq bir barel üçün 78,6 dollara çatıb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin avqust fyuçersləri 3,44 faiz və ya 2,46 dollar bahalaşaraq 73,87 dollar/barel səviyyəsinə yüksəlib.

Analitiklər qiymət artımını ABŞ və İran arasında qarşılıqlı hücumların enerji bazarlarında yaratdığı narahatlıqla əlaqələndirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdə gərginlik neftin qiymətini yüksəldib — Fins.az — Fins.az