
Yaxın Şərq gərginliyi ABŞ fond indekslərini aşağı saldı
Fins.az - ABŞ fond bazarları Yaxın Şərqdə artan hərbi gərginlik fonunda cümə axşamı enişlə bağlanıb.
Dow Jones indeksi 1,61%, S&P 500 0,56%, Nasdaq Composite isə 0,26% geriləyib.
İnvestorlar ABŞ və İsrailin İrana qarşı zərbələri və Tehranın cavab hücumları fonunda regionda vəziyyətin gərginləşməsini diqqətlə izləyir. Bundan əlavə, ABŞ-da əmək məhsuldarlığının gözləniləndən daha yüksək artması və işsizlik müraciətlərinin sabit qalması da bazarların diqqət mərkəzində olub.