
Türk istiqrazlarına investisiya qoyuluşu ən yüksək həddə çatıb
Qeyri-rezidentlərin dövlət qiymətli kağızları portfelindəki həftəlik artım 2018-ci ilin fevral ayından bəri ən yüksək həddə çatıb
Fins.az xəbər verir ki,cümə axşamı, Türkiyə Mərkəzi Bankı (TCMB), açıqlanan məlumatlara görə, qeyri-rezidentlər tərəfindən xarici dövlət borc qiymətli kağızlarının (GDS) portfelində 2018-ci ilin fevral ayından bu yana ən yüksək həftəlik artım nümayiş etdirib.
479 milyon dollarlıq istiqraz investisiyası oktyabr ayının ilk həftəsində qeyri-rejidentlərdən gəlib. 115.6 milyon dollarlıq istiqraz investisiyası sentyabrın son həftəsində qoyulub.
BlueBay Asset Management İnkişaf etməkdə olan Bazarlar üzrə Baş Strateqisti Timothy Ash, "TCMB-nin faiz artımından sonra dəyişən etibarlılıq əlaməti olaraq aylar ərzində ilk güclü xarici kapital axını" adlandırıb.
Müəllif:Aynur Qəniyeva