Səhm bazarları çökmə yaşayır

Səhm bazarları çökmə yaşayır

BİRJA
718

Səhm bazarları çökmə yaşayır və bu fonda ümumən bütün maliyyə bazarları ətalət halındadır

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbovanın şərhində qeyd olunub.

O həmçinin bidirib ki, həm makro, həm də mikro səviyyədə iqtisadiyyatın müxtəlif istiqamətlərini geniş miqyasda ələ keçirən koronavirusun mənfi təsirinin maliyyə bazalarından da yan keçməməsi təbii haldır.  Səhm bazarları çökmə yaşayır və bu fonda ümumən bütün maliyyə bazarları ətalət halındadır. Artıq investorların yatırımlarını risk tolerantlılığı ilə proqnozlaşdırmaq mümkün deyil. Çünki risk-gəlir tərs mütənasibliyi daha nadir hala çevrilərək riskli aktivlərin gəlirli olmamasını istisna etmir. İnvestorlar risklərin azaldılması üçün derivativlərdən istifadəni daha məntiqli hesab edirlər ki, bu da satma hüququnu verən opsionların (put option) qiymətinin 2 dəfə bahalaşmasına gətirib çıxarıb.

Ümumən maliyyə bazarlarında martın ortalarında 3 trilyon ABŞ dollarından artıq qiymət enməsi müşahidə olunub. Əsas təsir inkişaf etməkdə olan ölkələrin daha riskli və daha gəlirli hesab olunan (böyümə və gəlirlilik potensialı yüksək şirkətlər) səhm və istiqrazlarına toxunaraq onları 1.1 trilyon ABŞ dolları dəyərində mənfiyə salıb. Risksizlik etalonu hesab olunan ABŞ xəzinə istiqrazları indiyədək olan ən aşağı qiymət ilə müşahidə olunub. İndekslərə gəldikdə isə ABŞ bazarının aynası olan “S&P 500”, “Dow Jones” və “NASDAQ” ən son göstəricilərə əsasən ilin əvvəli ilə müqayisədə 10%-dan artıq ucuzlaşıb. Lakin hazırda martın 20-21 tarixlərində ən minimal qiymətlərini nümayiş etdirən indekslər həmin tarixlə müqayisdə nisbətən bahalaşıblar.

Müəllif: Aynur Qəniyeva 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səhm bazarları çökmə yaşayır — Fins.az — Fins.az