Rusiya fond bazarında geriləyib

Rusiya fond bazarında geriləyib

BİRJA
438

Finss.az - Bu gün Moskva Birjasında səhmlərin səhər sessiyası mənfi tendensiya ilə başlayıb.

Rusiya-Ukrayna sülh danışıqlarının İstanbulda uğurlu nəticələnəcəyinə dair qeyri-müəyyənlik, neftin qiymətinin ucuzlaşması və beynəlxalq bazarlardakı mənfi atmosfer investor əhval-ruhiyyəsini zəiflədib.

IMOEX2 indeksi 1,9% azalaraq 2900 bənd səviyyəsindən aşağı düşüb. Ən çox dəyər itirən səhmlər arasında "Sistema", MKB və PIK şirkətləri var. Eyni zamanda "Gazprom", "Rosneft", "Sberbank", "LUKOIL" və digər iri şirkətlərin səhmləri də 1-4% arasında ucuzlaşıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya fond bazarında geriləyib — Fins.az — Fins.az