Rusiya fond bazarında eniş

Rusiya fond bazarında eniş

BİRJA
405

Finss.az - Çərşənbə günü səhər saatlarında Moskva Birjasında ticarət sessiyası mənfi dinamika ilə başlayıb.

Həftənin əvvəlindəki artımdan sonra fond bazarı korreksiya mərhələsinə keçib. İyirmidən artıq iri şirkətin səhmlərində azalma müşahidə olunur. Bazar iştirakçıları bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını diqqətlə izləyirlər.

Moskva vaxtı ilə saat 07:01-ə olan məlumata əsasən, Moskva Birjası indeksi 2926,43 bənd təşkil edib ki, bu da əvvəlki səviyyədən 0,31% aşağıdır. Əsasən “mavi fişka” kateqoriyasına daxil olan aparıcı şirkətlərin səhmləri 1,2%-dək dəyər itirib.

Ən çox ucuzlaşan səhmlər arasında “Norilsk Nikel” (-1,2%), “Aeroflot” (-0,7%), “NLMK” (-0,7%) və “VK” (-0,7%) yer alıb. “FosAgro” isə yeganə olaraq 0,4% artım nümayiş etdirib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya fond bazarında eniş — Fins.az — Fins.az