Rezervasiya üzrə menecer - VAKANSİYA

Rezervasiya üzrə menecer - VAKANSİYA

BİRJA
116

Fins.az - Arena Hotel Group-da Rezervasiya üzrə menecer vəzifəsini elan etməkdən məmnunluq duyuruq. Rezervasiya üzrə meneceri olaraq siz hotel sənayesində çalışan unudulmaz komandanın bir hissəsi olaraq bütün potensialınızı göstərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

  • Otelin rezervasiya prosesini beynəlxalq və yerli standartlara uyğun idarə etmək;

  • Gündəlik tapşırıqlara nəzarət etmək və təyin etmək, rezervasiyaları nəzərdən keçirmək və gəliş hesabatlarını idarə etmək;

  • Otel doluluq proqnozlarını hazırlamaq və şirkət/səyahət agenti tarifləri üçün dəqiq hesabatının aparılmasını təmin etmək;

  • Satış və Revenue komandası ilə doluluq, tariflər və qrup rezervasiyaları ilə bağlı əməkdaşlıq etmək;

  • Telefon etiketi və qonaq münasibətlərinin yüksək standartlarını təmin edərək, 

  • Rezervasiya işçilərini hazırlamaq, onlara nəzarət etmək və istiqamətləndirmək. Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;

  • VIP və təkrar qonaqlar üçün xüsusi sorğuları izləmək və idarə etmək, həmçinin qrup sifarişlərini idarə etmək;

  • Otel siyasətinə uyğun olaraq no-show və ləğvləri nəzərdən keçirmək və həll etmək.

  • Onlayn platformaları idarə etmək və izləmək

  • Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;

  • Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • 100 və daha çox otaq sayı olan hoteldə minimum 2 il təcrübə;

  • Minimum 1 il eyni sahədə idarəetmə təcrübəsi;

  • Gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı və mövcud problemin həllini yerində tapmaq;

  • Yüksək ünsiyyət qabiliyyəti, satış yönümlülük, müştəri məmnuniyyəti, analitik düşünmə bacarıqları;

  • Müvafiq və ya yaxın sahədə Ali təhsil;

  • Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)

  • Elektra proqramı üzrə təcrübə;

  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;

  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

İş şəraiti

  • Əmək haqqı:1000-1200 AZN

  • Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiya üzrə menecer” göstərilməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rezervasiya üzrə menecer - VAKANSİYA — Fins.az — Fins.az