
"Regional" BOKT MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
Fins.az - 1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "Regional" BOKT MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006023405 |
İstiqrazın növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli Hərrac |
İstiqrazların sayı | 10,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 16% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |