"Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

"Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

BİRJA
337

12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Level Leasing” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 17 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaqdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Level Leasing” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025530

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

100,000 (ədəd)

İlkin ticarət qiyməti

0.50 manat

Buraxılış həcmi

50,000 manat

Ticarətə buraxılma tarixi

17.07.2024

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır — Fins.az — Fins.az